Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin daxili işlər naziri Arpine Sarkisyan bildirib.
Onun sözlərinə görə, monitorinq idarəsi və İrəvan alayının komandiri ilə bağlı dəyişikliklər edilib.
Erməni nazir qeyd edib ki, bu dəyişikliklər məntiqi inkişaf və irəliləyiş nəticəsidir: “Əgər şəxslər çalışır və buna layiqdirsə, onların irəli çəkilməsi qaçılmazdır. Bu prinsip bizim islahatların əsasını təşkil edir. Buna uyğun olaraq təyinatlar həyata keçirilib. Dəyişikliklər həmişə olub, əvvəlki günlərdə də olub və qarşıdakı günlərdə, həftələrdə və ya aylarda da ehtiyac olarsa, olacaq.
Əgər kadr dəyişikliyinə ehtiyac görmürüksə, bu cür dəyişikliklər baş vermir və biz onları sadəcə etmək üçün həyata keçirmirik”.
Alpər Mövludoğlu
Ordu.az