Ordu.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında Baş nazir Nikol Paşinyanın müxalif qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə mümkün eskalasiya barədə dediklərini şərh edərkən bildirib.
Ermənistan müdafiə nazirinin sözlərinə görə, söhbət qapalı məlumatlardan deyil, müxalif siyasətçilərin özlərinin ictimai bəyanatlarından gedir.
“Məgər bu, aşkar deyil? Müxalifətin əsas hissəsinin bəyanatları qonşu ölkələrə qarşı ərazi iddialarının olması ilə bağlıdır, bu isə birbaşa müharibə deməkdir”, - deyə Papikyan qeyd edib.
Hansı qüvvənin hələ də “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) təşviq etməyə davam etməsi barədə dəqiqləşdirici suala cavab verən erməni nazir bildirib ki, burada söhbət demək olar ki, bütün müxalif qruplardan gedir.
“Aydındır ki, onların döyüşkən mövqeyi müharibəyə səbəb olacaq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az