Ermənistanın müdafiə naziri: "İranla bağlı hadisələr fonunda risklər daim qiymətləndirilir"

2026/01/1768461230.jpg
Oxunub: 334     14:21     20 Mart 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan İran ətrafındakı hadisələr fonunda ölkənin təhlükəsizliyinə yönəlik bütün risklər dövlət qurumlarının daimi nəzarəti altında olduğunu bəyan edib.

Ordu.az-ın "Armenpress"ə istinadən verdiyi xəbərə əsasən, müdafiə idarəsinin rəhbəri bunu jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, təhdidlərin qiymətləndirilməsi əsas təhlükəsizlik institutları ilə koordinasiya şəklində aparılır.

"Ermənistan Respublikasında müvafiq orqanlar var - Təhlükəsizlik Şurası, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti. Müdafiə Nazirliyi öz funksiyasını yerinə yetirir, bütün risklər qiymətləndirilir", - Papikyan qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin