Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində daxili işlər naziri Arpine Sarkisyan deyib.
Erməni nazir qeyd edib ki, əgər digər cinayət tərkibləri ilə bağlı məsələlər yaranarsa, Daxili İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edəcək.
“Düşünürəm ki, hamınız informasiya məkanını izləyirsiniz və görürsünüz ki, bir çox qüvvələr elə fikirlər və bəyanatlar səsləndirir ki, bunlar bəli, formalaşmış sülhə ziddir və belə hallarda siyasi reaksiya verilməsi təbiidir.
Mən qeyd etdim ki, belə siqnallar var, baş nazir siyasi qiymət verib, hüquq-mühafizə orqanları isə konkret cinayət tərkibi olduqda hüquqi qiymət verəcək”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az