Hansı ölkədə ermənilərə seçkilərdə iştirakla bağlı təzyiq göstərilir? Erməni nazir cavabdan yayınıb

2026/03/1774001709.jpg
Oxunub: 360     14:19     20 Mart 2026    
“Xarici Kəşfiyyat Xidməti bəyanatla çıxış etdikdən sonra Daxili İşlər Nazirliyinin polisi müəyyən yoxlama tədbirləri həyata keçirib və bəzi faktiki məlumatlar əldə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində daxili işlər naziri Arpine Sarkisyan bildirib.

Onun sözlərinə görə, İstintaq Komitəsinin açıqlamasında Ermənistanın siyasi sahəsində fəaliyyət göstərən partiyalar, onların nümayəndələri və digər iştirakçıların dəstək prosesinin təşkili ilə bağlı bəzi dəqiqləşdirmələr yer alıb.

“Hansı ölkədən söhbət gedir?” sualına cavab olaraq erməni nazir konkret məlumat verməkdən yayınıb və deyib: “Bu mərhələdə əlavə məlumat verə bilmərəm, xahiş edirəm İstintaq Komitəsinin açıqlamalarını izləyin ki, mənzərə daha aydın olsun. Haradan gəlməsindən asılı olmayaraq istənilən siqnal diqqət mərkəzimizdə olacaq. İlkin istintaq davam etdiyi üçün İstintaq Komitəsi münasib vaxtda açıqlama verəcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan  


Bizi "telegram"da izləyin