Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan bu gün parlamentin Əmək və sosial məsələlər üzrə daimi komissiyasının iclasında, Ermənistan hökumətinin 2025-ci il (2021-2026) proqramının icrası ilə bağlı hesabatın təqdimatı zamanı bildirib.
Erməni nazir qeyd edib ki, vətəndaşlıq verilməsi ilə bağlı imtina halları olmayıb.
“Eyni zamanda, Qarabağdan köç etmiş yetkinlik yaşına çatmayanların sayı 28 min nəfər təşkil edir. Onlardan 12 mini artıq Ermənistan vətəndaşlığı alıb”, - deyə o bildirib.
Sarkisyan vətəndaşlıq üçün müraciətlərin ümumi sayı barədə bildirib ki, 2025-ci ilin ilk yarısında nazirlik təxminən 4 min müraciət qəbul etdiyi halda, 2026-cı ilin ilk iki ay yarısında bu göstərici artıq 5 minə çatıb.
Alpər Mövludoğlu
Ordu.az