Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
Nəşrə görə, Tehran hesab edir ki, bu dəhliz regionda Qərbin və Türkiyənin mövqelərini gücləndirəcək, eyni zamanda İranı Ermənistandan ayıracaq.
KİV bildirib ki, marşrutla bağlı açıqlama Moskvada da narazılıq doğurub.
Müəllif yazıb ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Cənubi Qafqazın keçmiş sovet respublikalarını öz təsir dairəsinin bir hissəsi hesab edib. Nəşrin məlumatına görə, Qarabağ münaqişəsi boyunca Rusiya Ermənistan və Azərbaycan arasında qərəzli vasitəçi kimi çıxış edib. Sülhməramlı missiya çərçivəsində yüzlərlə hərbçinin yerləşdirilməsi münaqişəni faktiki olaraq Rusiyanın şərtləri ilə dondurub.
“2023-cü ildə Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayanda rus sülhməramlıları müdaxilə etməyib. İndi isə Azərbaycanın İran və Rusiya ilə münasibətlərinin pisləşməsi Bakı və Vaşinqton üçün müdafiə, enerji və ticarət sahələrində əlaqələri gücləndirmək imkanı yarada bilər.
ABŞ Cənubi Qafqazda tərəfdaşlığını genişləndirməklə fayda əldə edə bilər. Bu, həmçinin Azərbaycanın ABŞ və Qərb ilə iqtisadi əlaqələrini gücləndirəcək, çünki ölkə İran və Rusiyadan uzaqlaşmağa çalışır. ABŞ ilə daha sıx əməkdaşlıq Trampın planlaşdırdığı ticarət dəhlizi vasitəsilə Azərbaycanın iqtisadiyyatını stimullaşdıracaq. Eyni zamanda, ABŞ və Azərbaycan arasında münasibətlərin dərinləşməsi regionda İran və Rusiyanın mövqelərini zəiflədəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az