Erməni deputat: “Paşinyanın yenidən seçilməsi dövlətçiliyin itirilməsi riski yaradır”

2026/03/1773994719.jpg
Oxunub: 411     12:19     20 Mart 2026    
“Baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətə gəlməsi dövlətçiliyin itirilməsi üçün real təhlükə yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, keçmiş hakim partiya üzvü Hovik Ağazaryan sosial şəbəkədə yazıb.

Oun sözlərinə görə, Paşinyanın seçilməyəcəyi halda sentyabrda müharibə olacağı barədə fikrinə reaksiya verməmək mümkün deyil.

Erməni deputat qeyd edib ki, əgər Paşinyan yenidən seçilərsə, Azərbaycan məqsədlərinə müharibəsiz nail olacaq.

“Nəticə etibarilə, Paşinyanın yenidən seçilməsi dövlətçiliyin itirilməsi üçün real risk yaradır. Onun seçilməməsi isə dövlətçiliyin qorunması üçün real imkan deməkdir”, - deyə Ağazaryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ağazaryan  


Bizi "telegram"da izləyin