Ordu.az xəbər verir ki, bunu erməni politoloq, ABŞ-nin Lehay Universitetinin professoru Arman Qriqoryan deyib.
Onun sözlərinə görə, elə silahlar var ki, onların istehsalı üçün bir il vaxt tələb olunur.
“2 gün əvvəl Tramp bir neçə silah istehsalçısı şirkətin nümayəndələri ilə görüşmüşdü və silah istehsalının sürətləndirilməsini sərt şəkildə tələb etmişdi, çünki silah anbarları boşalır.
Bu baxımdan İranın strategiyası çox vacibdir. Onlar ucuz, həm də köhnə nəsil ballistik raketlərindən və pilotsuz uçuş aparatlarından istifadə edə bilirlər. Raketdən müdafiə sistemləri köhnə ballistik raket və ya pilotsuz uçuş aparatı vurduğunu, yoxsa ən yeni silahı məhv etdiyini fərqləndirmir. Bunun məqsədi rəqibin raketdən müdafiə sistemini zəiflətməkdir və görünür ki, İran buna nail olur”, - deyə Qriqoryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az