“İravunk”: Ziyafət zamanı Anna Hakopyan Nikol Paşinyanın lobbiçiliyini edib

2026/03/1773381489.jpg
Oxunub: 380     10:03     13 Mart 2026    
Bir neçə gün əvvəl Paşinyanı açıq şəkildə tərk edən Anna Hakopyan Armavirdə keçirilən bir ziyafətdə, iştirak edənlərin təəccübünə səbəb olaraq, masa arxasında Nikol Paşinyanın lobbiçiliyini edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, Hakobyan deyib ki, hər şeydən asılı olmayaraq, Paşinyan ölkəni xilas edə biləcək yeganə insandır.

“Eyni məlumatlara görə, o elə mövqe nümayiş etdirib ki, guya onun Paşinyanı tərk etməsinin heç bir əhəmiyyəti yoxdur və münasib fürsət yaranarsa, ona yenə də “dəstək” verməyə hazırdır”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakopyan   Paşinyan  


Bizi "telegram"da izləyin