Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüşdə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak ediblər.
Məlumata görə, qonaqları salamlayan Paşinyanın müavini Ermənistan-Aİ ikitərəfli əməkdaşlığının genişləndirilməsini yüksək qiymətləndirib.
Görüşün əsas mövzusu Aİ-yə giriş vizalarının liberallaşdırılması üzrə dialoq çərçivəsində əldə olunan uğurlar və təsdiqlənmiş fəaliyyət proqramının icrası olub. Tərəflər Aİ-yə giriş vizalarının liberallaşdırılması istiqamətində birgə işləri davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüşdən sonra Ermənistanın daxili işlər naziri və Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı bəyanatlarla çıxış ediblər.
Alpər Mövludoğlu
Ordu.az