Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Badalyan qeyd edib ki, hərbi əməliyyatların başlanmasından etibarən iki Ermənistan vətəndaşı İrandakı Ermənistan səfirliyinə müraciət edib. Onlardan biri artıq heç bir maneə olmadan Ermənistana qayıdıb.
O bildirib ki, ikinci vətəndaşın geri qayıtmasının təşkil olunması prosesi davam edir və səfirlik onunla daimi əlaqə saxlayır.
Erməni sözçü deyib ki, səfirliyə gündə orta hesabla 15-20 telefon zəngi daxil olur və bu zənglər əsasən Ermənistan-İran sərhədinin keçid imkanları ilə bağlı olur. İran tərəfindən Ermənistana və Ermənistandan İrana sərhəd keçidləri Ermənistan tərəfdə normal rejimdə fəaliyyət göstərir.
“Ümumilikdə, İrandan Ermənistana gələn erməni vətəndaşların sayında adi axından fərqlənən əhəmiyyətli hərəkətlilik müşahidə olunmayıb”, - deyə Badalyan bildirib.
Badalyan qeyd edib ki, İranda rabitə məhdudiyyətləri səbəbindən Ermənistan səfirliyi həmçinin İranda yaşayan ermənilər barədə məlumatların onların yaxınlarına çatdırılmasına da kömək edir:
“Ermənistan vətəndaşlarından əlavə, digər ölkələrin vətəndaşları da Ermənistana daxil olma imkanları barədə məlumat almaq üçün səfirliyə müraciət ediblər. Onlara müvafiq izahatlar verilir.
Səfirlik zərurət olduqda, İranda akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin diplomatlarına və onların ailə üzvlərinə də Ermənistan ərazisi vasitəsilə öz ölkələrinə qayıtmağın təşkilində yardım göstərir”.
Alpər Mövludoğlu
Ordu.az