Erməni mer: “Qafan şəhərində və sərhədlərimizdə atəş açılmır, amma səslər eşidilir”

2026/03/1772737517.jpg
Oxunub: 577     23:03     05 Mart 2026    
Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərinin sakinləri İran İslam Respublikası ərazisindən iriçaplı artilleriya səsləri eşidiblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Qafan şəhərinin meri Gevoq Parsyan bildirib.

“Qafan şəhərində və sərhədlərimizdə atəş səsləri yoxdur, amma müəyyən səslər eşidilir. Hamıya aydındır ki, bunlar hərbi əməliyyatlarla bağlıdır və İran ərazisindən gəlir. Səslər gündüz saatlarında və axşamüstü eşidilib”, - deyə o bildirib və hazırda heç bir səs eşidilmədiyini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qafan  


Bizi "telegram"da izləyin