Mirzoyan BƏƏ-nin xarici işlər naziri ilə telefon danışığı aparıb

2026/03/1772737356.jpg
Oxunub: 413     23:01     05 Mart 2026    
Martın 5-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Ərəb Əmirliklərinin baş nazir müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Yaxın Şərqdə yaranmış vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, Ermənistanın xarici işlər naziri son hadisələr nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

“Ermənistanın XİN rəhbəri BƏƏ-də məcburi şəkildə qalmış Ermənistan vətəndaşları ilə bağlı məsələlərin həllində göstərilən dəstəyə görə təşəkkür edib. Buna cavab olaraq BƏƏ-nin xarici işlər naziri bu istiqamətdə davamlı səylərin göstərildiyini və əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Tərəflər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BƏƏ  


Bizi "telegram"da izləyin