Ermənistan Müdafiə Nazirliyi atışma və partlayışlarla bağlı məlumatları təkzib edib

2026/03/1772736790.jpg
Oxunub: 417     22:51     05 Mart 2026    
Ermənistan Müdafiə Nazirliyi cümə axşamı mediada və sosial şəbəkələrdə yayılan, Ermənistan ərazisində atışma və partlayışların baş verdiyi barədə məlumatları təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan müdafiə nazirinin mətbuat katibi Aram Torosyan “Facebook” paylaşımında bildirib ki, Ermənistan ərazisində belə hadisələr qeydə alınmayıb.

“Ermənistan ərazisində heç bir atışma və ya partlayış qeydə alınmayıb və belə hadisələr yoxdur”, - deyə Torosyan yazıb.

O əlavə edib ki, bəzi dairələr ictimaiyyət arasında lazımsız gərginlik yaratmaq məqsədilə manipulyativ başlıqlarla məqalələr yayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin