“Georgia Today”: İran Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə almaqla hədələyir

2026/03/1772735438.jpg
Oxunub: 1236     22:23     05 Mart 2026    
İran İsrailin neft tədarükünün təxminən 30 faizini təmin edən mühüm marşrut olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini hədəfə ala biləcəyinə işarə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Georgia Today” məlumat yayıb.

Nəşrə görə, İranın İnqilab Keşikçiləri Korpusunun müşavirlərindən biri bildirib ki, Tehran öz rəqiblərinə, o cümlədən İsrailə fayda verən enerji infrastrukturlarına zərbə endirə bilər.

“Bu açıqlama ABŞ və İsrailin son vaxtlar İran ərazisindəki obyektlərə endirdiyi zərbələrdən sonra səsləndirilib. Azərbaycan ərazisindən başlayaraq Gürcüstan üzərindən Türkiyəyə qədər uzanan BTC boru kəməri regionun enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Hər hansı hücum qlobal neft bazarlarında ciddi pozuntulara səbəb ola bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BTC  


Bizi "telegram"da izləyin