Pakistan Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib

2026/03/1772725808.jpg
Oxunub: 297     19:27     05 Mart 2026    
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Ordu.az xəbər verir ki, telefon danışığı zamanı, Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib.

Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb.

Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin