Sarkisyan: “Paşinyanın rolu olub, amma səyləri Ermənistanda hakimiyyət dəyişikliyi üçün kifayət etmirdi”

2026/03/Ekran-1772718452.jpg
Oxunub: 331     17:46     05 Mart 2026    
“Nikol Paşinyan Qarabağda məğlub olmayıb, kapitulyasiya etdirilib”.

Ordu.az xəbər verir ki, bunu bu gün məhkəmə binasının yaxınlığında jurnalistlərlə söhbəti zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

“Xarici qüvvələr bizi kapitulyasiya etdirə bilməzdi”, - deyə o qeyd edib.

Sarkisyana xatırladılıb ki, o, daha əvvəl 2018-ci ildə Nikol Paşinyana deyil, daha güclü və böyük qüvvələrə uduzduğunu demişdi. Paşinyanın həmin prosesdə hər hansı rolunun olub-olmaması ilə bağlı suala cavab verən Sarkisyan belə deyib:

“Mən demirəm ki, onun heç bir rolu olmayıb, amma onun gücü və səyləri Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi üçün kifayət etmirdi”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Paşinyan  


Bizi "telegram"da izləyin