Ermənistanın müdafiə naziri Fransa səfiri ilə görüşüb

2026/03/1772718264.jpg
Oxunub: 322     17:42     05 Mart 2026    
Martın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan-Fransa müdafiə əməkdaşlığının gedişi və inkişaf perspektivlərinə dair məsələlər müzakirə olunub.

“Tərəflər həmçinin regionda baş verən son proseslərlə bağlı məsələlərə də toxunublar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin