Ordu.az xəbər verir ki, bu barədə martın 3-də Ermənistan parlamentinin iclasında “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişiklik və əlavələr edilməsi barədə layihənin ikinci və yekun oxunuşda müzakirəsi zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan bəyan edib.
Erməni nazir qeyd edib ki, heç bir dəyişiklik edilməyib.
Qanun layihəsi ilə, xüsusilə müqaviləli hərbi qulluqçuların icbari attestasiya qaydasına yenidən baxılması nəzərdə tutulur. Beləliklə, “Vətənin müdafiəçisi” proqramının iştirakçıları, lazımi hazırlığı keçdikdən sonra Silahlı Qüvvələrin müxtəlif bölmələrində müvafiq vəzifələrə təyin olunublarsa, buraxılış imtahanlarının nəticələrinə əsasən attestasiyadan keçmiş sayılacaqlar.
Ermənistan müdafiə nazirinin sözlərinə görə, müxtəlif hərbi təhsil müəssisələrini bitirmiş zabitlər də buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq attestasiyadan keçmiş hesab olunacaqlar. Bu zaman hər iki halda əməkhaqqı əlavələri vəzifəyə təyinat anından etibarən hesablanacaq.
Diqqətçəkən məqam odur ki, hazırda “Vətənin müdafiəçisi” proqramının 4 minə yaxın iştirakçısı artıq müqaviləli hərbi qulluqçuya çevrilib.
Alpər Mövludoğlu
Ordu.az