Astara sərhədində təxliyə davam edir - Fransa, Tacikistan və Çin vətəndaşları ölkəyə daxil olub (FOTOLAR)

2026/03/astar-10634642328.jpg
Oxunub: 537     11:57     02 Mart 2026    
Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən bu gün səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Ordu.az xəbər verir ki, hazırkı vaxtadək 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar.

Qeyd edək ki, gecə saatlarında da keçid prosesi fasiləsiz davam etdirilib və bu müddət ərzində 50 Çin vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub.

Proses aidiyyəti qurumların nəzarəti altında, müvafiq qaydalara uyğun şəkildə həyata keçirilir və təxliyə tədbirləri mərhələli şəkildə davam etdirilir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astara   Fransa   Tacikistan   Çin  


Bizi "telegram"da izləyin