Ordu.az xəbər verir ki, səfir bu barədə "Report"a açıqlamasında bildirib.
"Azərbaycanı sevirəm. Bizim təxliyəmiz üçün yaradılan şəraitə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycana növbəti gəlişim turist kimi olar", - səfir deyib.
Qeyd edək ki, İordaniyanın 4 nəfər diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunub. Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.
Ordu.az