MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib

2026/03/1772352208.jpg
Oxunub: 338     11:31     01 Mart 2026    
Medianın İnkişafı Agentliyi Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib.

Ordu.az xəbər verir ki, müraciətdə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axınının müşahidə olunduğu qeyd edilir.

"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - müraciətdə vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MEDİA   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin