“Axmaqlıqdır, Rusiya heç vaxt Ermənistana qarşı heç bir hibrid müharibə aparmayıb, xarici düşmən obrazını dəyişmək və belə bir əks-təbliğata başlamaq qərarını məhz İrəvanda veriblər”.
Ordu.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, rusiyalı tarix elmləri namizədi Nikolay Silayev deyib.
“Avropa İttifaqının Ermənistana rus hibrid müharibəsinə qarşı yardım etməyə hazırlaşdığı barədə bəyanatları o deməkdir ki, Aİ Moldovada tətbiq edilmiş seçki saxtakarlığı mexanizmini Ermənistanda da tətbiq etməyə hazırlaşır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Silayev
Ermənistan