Ermənistanda DİN tərəfindən elan edilmiş tenderi Ceki Çanın şirkəti qazanıb

2026/02/Ekran-1772207523.jpg
Oxunub: 665     19:48     27 Fevral 2026    
“Yaxın günlərdə Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən elan edilmiş 5000 ədəd kostyum və 6000 cüt ayaqqabı üzrə tenderi Ceki Çanın “TenderCh” adlı şirkəti qazanıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni fəal Eduard Hayrumyan sosial şəbəkə hesabında bildirib

“Tam ciddi deyirəm. Amma indi daha ətraflı:

Ermənistanın müxtəlif qurumlarının ehtiyacları üçün keçirilən tenderlərin nə dərəcədə absurd və pis təşkil olunduğunu təsəvvür etmək üçün sadəcə E-AUCTION saytına daxil olub istənilən tenderdə iştirak etməyə cəhd etmək kifayətdir.

Faktiki olaraq istənilən şəxs Yer kürəsinin istənilən nöqtəsindən Ermənistan hökumətinə tabe tender saytına daxil olaraq, hər hansı təşkilat və ya şəxsiyyəti təsdiq edən sənədlə identifikasiya keçmədən, saxta (bu halda hətta alçaldıcı dərəcədə gülünc) əlaqə məlumatları yazaraq, Ermənistanın istənilən ehtiyacı üçün elan edilmiş tenderdə iştirak edə, gülünc dərəcədə ucuz qiymət təklif edə, tenderi uda və sonra yoxa çıxaraq bütün prosesi iflic edə bilər”, - deyə Hayrumyan qeyd edib.

Hayrumyan bildirib ki, bu halda Ceki Çan polis əməkdaşlarının ayaqqabıları üzrə tenderi təklif olunan 16 500 dram əvəzinə 702 dram qiymətinə qazanıb.

“Tender baş tutub, Ceki qalib elan edilib, lakin Cekinin əlaqə məlumatları yoxdur, həmçinin hər hansı bank zəmanəti də təqdim edilməyib (halbuki bu, məcburi idi). Daha sonra komissiya formalaşdırılıb, tender ləğv edilib, amma diqqət yetirin, Ceki Çanın şikayət edib-etməyəcəyini gözləmək üçün 10 gün vaxt verilib.

Nəticədə, ləğv qərarından sonra yeni tenderin elan edilməsi üçün daha bir ay vaxt tələb olunur və yeni tenderdə də eyni vəziyyət yarana bilər. Belə olan halda, məsələn, polis əməkdaşları bir il kostyum və ayaqqabısız qala bilər.

Eyni hal, məsələn, ordu ilə və ya uşaq bağçalarının qida təchizatı ilə bağlı da baş verə bilər.

Şəkil süni zəka vasitəsilə yaradılıb, sənədlər isə realdır.

İstənilən media qurumuna sənədləri təqdim etməyə və şərh verməyə hazıram, çünki bu məsələnin ictimailəşdirilməsi və təcili həll olunması çox vacibdir”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN  


Bizi "telegram"da izləyin