Ermənsitan və Rusiya arasında dəmir yolu infrastrukturunun bərpası müzakirə olunub

2026/02/1772206438.jpg
Oxunub: 416     19:32     27 Fevral 2026    
Bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan Rusiya nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı “Gümrü-Axurik-Türkiyə Respublikası sərhədi” və “Arazdəyən-Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası sərhədi” dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

“Həmçinin avtomobil nəqliyyatı və hava daşımaları sahəsində əməkdaşlığın hazırkı səviyyəsinə də toxunulub. Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənsitan   Rusiya  


Bizi "telegram"da izləyin