Efiopiyanın Baş naziri İlham Əliyevə Azərbaycan dilində təşəkkür edib

2026/02/1772205034.jpg
Oxunub: 395     18:49     27 Fevral 2026    
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Ordu.az xəbər verir ki, Efiopiya lideri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: "Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm".

Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   Azərbaycan  


Bizi "telegram"da izləyin