Füzuli şəhərinin mərkəzində 825 ailə məskunlaşıb

2026/02/1772204861.jpg
Oxunub: 506     18:37     27 Fevral 2026    
Füzuli şəhərinin mərkəzində - Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 3 min 169 nəfərdsən ibarət 825 ailə məskunlaşıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysn Məmmədov deyib.

Onun sözlərinə görə, Füzuli şəhərində 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət binalar inşa edilib:

"Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli və Dövlətyarlı kəndlərində tikinti işlərinə başlanılıb. Tikintinin ilk mərhələsində Dövlətyarlı kəndində 450 fərdi ev, Pirəhmədli kəndində isə 255 fərdi evin inşası planlaşdırılır. Eləcə də bu kəndlərdə məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də inşa olunacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   Məskunlaşma  


Bizi "telegram"da izləyin