Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

2026/02/78787-1772193998.jpg
Oxunub: 390     15:45     27 Fevral 2026    
Bu gün doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Ordu.az xəbər verir ki, bu mərhələdə Kəlbəcərə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Köç  


Bizi "telegram"da izləyin