Azərbaycanda "Data Lake"in yaradılması 2028-ci ilin iyuluna kimi başa çatacaq

2026/02/NETZS-1772193787.jpg
Oxunub: 428     15:40     27 Fevral 2026    
Azərbaycanda "Dövlət məlumat hövzəsi"nin (Data Lake) yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyası 2028-ci ilin iyul ayında başa çatacaq.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Fəaliyyət Planına görə, müəyyən edilmiş məlumatların 85 faizindən çoxunun "Dövlət məlumat hövzəsi"nə inteqrasiyası planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Data-Lake  


Bizi "telegram"da izləyin