Erməni ictimai fəalı təlim toplanışlarına çağırıblar

2026/02/1772193618.jpg
Oxunub: 403     15:58     27 Fevral 2026    
“Bu gün məni hərbi komissarlığa çağırmışdılar və orada bildirdilər ki, adbaad siyahı üzrə məlumatlarımı alıblar və məni 25 günlük təlim toplanışlarına cəlb etmək niyyətindədirlər”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai fəal Artur Çaxoyan sosial şəbəkə hesabında yazıb.

“Məni susdurmaq məqsədilə mənə qarşı sui-qəsd təşkil edilib, daim qanunsuz və hüquqi əsas olmadan saxlanılmışam, türkyönlü partiyanı qeydiyyata almamağa görə heç bir hüquqi əsas olmadan üç gün həbsdə saxlanılmışam, bir sıra uydurma cinayət işləri açılıb. Həmin absurd və saxta cinayət işlərindən bir neçəsi üzrə hazırda məhkəmədə mühakimə olunuram. Mənə qarşı müxtəlif siyasi təzyiqlər tətbiq edilib. Aydın olduqda ki, bu vasitələrlə fəaliyyətimi məhdudlaşdırmaq və ya məni susdurmaq mümkün deyil, dərhal seçkilər ərəfəsində məni 25 günlük təlim toplanışlarına cəlb etmək qərarı qəbul edilib ki, korrupsiya ifşaları ilə bağlı fəaliyyətim məhdudlaşdırılsın.

Orduda xidmət etməyənlər, ordudan yayınanlar düşünürlər ki, təlim toplanışları ilə məni susdurmaq və ya qorxutmaq mümkündür.

Orduda xidmət etməyənlər üçün başa düşmək çətindir ki, mənim üçün ölkəmin müdafiəsinə xidmət etmək şərəfdir. İndi etdiyim hər şeylə mən ölkəmi daxili “türk talançıları”ndan qoruyuram”, - deyə o qeyd edib.

Çaxoyan bildirib ki, Ermənistanda məcburi iki illik hərbi xidmət 1,5 ilə endirilir.

“Üç aylıq təlim toplanışları 25 günlük edilir və bütün bunların fonunda, birbaşa seçkilər ərəfəsində, hərbi komissarlıq mənim adbaad təqdim olunmuş məlumatlarıma əsasən məni 25 günlük təlim toplanışlarına cəlb edir.

Qeyd edim ki, 2023-cü ildə İrəvan mer seçkiləri ərəfəsində də məni təlim toplanışlarına çağırmışdılar. Həmin vaxt toplanışlar üç aylıq idi, 25 günlük yox”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çaxoyan   Ermənistan  


Bizi "telegram"da izləyin