Azərbaycanda "Hökumət buludu"na keçid gələn ilin dekabr ayında başa çatacaq

2026/02/1772192411.jpg
Oxunub: 375     15:24     27 Fevral 2026    
Dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi 2027-ci ilin dekabr ayında tamamlanacaq.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət İT infrastrukturunun 100 % "Hökumət buludu" üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hökumət-buludu  


Bizi "telegram"da izləyin