Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan Müdafiə Nazirliyinin daim öz ehtiyacları üçün satınalma proseslərini rəqabətli, şəffaf və ayrı-seçkiliyə yol verilmədən təşkil etmək, eləcə də iştirakçıların mümkün qədər geniş dairəsini təşviq etmək məqsədilə tədbirlər gördüyünü və görməkdə davam etdiyini nəzərə alaraq, Müdafiə Nazirliyinin satınalma proseslərində iştirak etməyi planlaşdıran və yuxarıda qeyd olunan hüquqa malik olmayan şirkətləri bir daha məxfi işlərin icrası üçün müvafiq şərait yaratmağa, həmçinin məxfi məlumatlardan istifadə etməklə işlərin görülməsi hüququnun əldə edilməsi məqsədilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə vəsatət təqdim olunması üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət etməyə çağırırıq.
Məxfi məlumatlardan istifadə etməklə işlərin görülməsi hüququnun əldə edilməsi prosesi barədə ətraflı məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə aşağıdakı telefon nömrələri vasitəsilə müraciət edə bilərsiniz: 010 29 44 18, 010 29 43 53, 010 66 24 94”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az