TÜRKPA və Baltik Assambleyası arasında əməkdaşlıq protokolunun imzalanması təklif olunub - FOTOLAR

2026/02/1772179247.jpg
Oxunub: 377     11:49     27 Fevral 2026    
Türk Dövlətlərinin Parlament Assambleyası (TÜRKPA) və Baltik Assambleyası arasında əməkdaşlıq protokolunun imzalanması təklif olunub.

Ordu.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsəninin Litvanın xarici işlər nazirinin müavini Taurimas Valis ilə görüşündə bildirilib.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) və Baltikyanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə mövcud münasibətlərin yeni səviyyəyə çıxarılmasında TDT və TÜRKPA-nın imkanlarından istifadə edilməsi, Avropa İttifaqı və türk dövlətləri arasındakı əlaqələrdə Baltik ölkələri və Baltik Assambleyasının oynaya biləcəyi xüsusi rol, gələcəkdəki iqtisadi və siyasi əməkdaşlıq, eyni zamanda, enerji layihələri, ortaq nəqliyyat dəhlizi və digər bu qəbildən olan məsələlər müzakirə olunub.

Ramil Həsən eyni zamanda Baltik Assambleyası, TDT və TÜRKPA arasındakı əlaqələrin inkişafı ilə bağlı gələcəkdə əməkdaşlıq protokolunun imzalanmasını təklif edərək bu istiqamətdə Litvanın əhəmiyyətini xüsusilə vurğulayıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜRKPA   Baltik-Assambleyası  


Bizi "telegram"da izləyin