Ombudsman Aparatı: Rusiyada Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi daim diqqətdədir

2024/12/1734685350.jpg
Oxunub: 382     11:14     27 Fevral 2026    
Rusiyada Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması məsələsi ombudsman Səbinə Əliyevanın daim diqqətindədir.

Ordu.az xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında ombudsmanın 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ombudsman bu istiqamətdə rusiyalı həmkarı ilə sıx təmasda olur:

"Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində vətəndaşlarımızın və ya Azərbaycan əsilli şəxslərin hüquqlarının pozulduğu hallarda operativ şəkildə reaksiya verilir və mandat çərçivəsində lazımi yardım göstərilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman-Aparatı  


Bizi "telegram"da izləyin