Mübahisə və təhqir ediblər: erməni hərbçinin ölümü ilə bağlı yeni detallar məlum olub

2026/02/1772173716.jpg
Oxunub: 399     10:26     27 Fevral 2026    
Fevralın 26-da Göyçə vilayətində yerləşən hərbi hissələrdən birində erməni əsgərin ölümü qeydə alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin bildirdiyinə görə, erməni əsgərlər arasında mübahisə baş verib, mübahisə zamanı onlardan biri digərinin valideynini təhqir edib. Bundan sonra xidmət yoldaşı onun istiqamətinə bir neçə atəş açıb.

“Məlumatımıza görə, ölən hərbçi bir ildən artıq idi ki, qulluq edirdi.

Qeyd edək ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ölüm  


Bizi "telegram"da izləyin