Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
“Düşünürəm ki, sanksiyaların hansı səbəbdən tətbiq olunmasından asılı olmayaraq, bu, gülüncdür. Hesab etmirəm ki, ölkəmizin hər hansı vətəndaşı bunu ciddi qəbul etsin.
Bizim üçün ən vacib olan cəmiyyətimizin məlumatlı olmasıdır. “Bu niyə baş verir, bu sanksiyalar nə üçündür və onları kimlər tətbiq edir?”, - deyə Kavelaşvili bildirib.
Qeyd edək ki, fevralın 24-də, Ukraynada müharibənin başlanmasından düz dörd il sonra, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını yeniləyib.
Alpər Mövludoğlu
Ordu.az