Ermənistan polisinin keçmiş rəisi, polis general-mayoru Valeri Osipyan və Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan şəhər idarəsinin patrul-xidmət alayının keçmiş komandiri, polis polkovniki Robert Melkonyan üzləşdirmə dindirilməsindən imtina ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, onlar 2008-ci il 1 mart hadisələri ilə bağlı məşhur iş çərçivəsində üzləşdirilməli idilər.
Adı çəkilən şəxslər həmin iş üzrə Ermənistan Antikorrupsiya Komitəsində araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Osipyan
Melkonyan