Erməni siyasi xadim: “Polşada sayı on minlərlə olan erməni icmasından Paşinyan cəmi təxminən 40 nəfərlə görüş keçirib”

2026/02/fgdfg-1772172262.jpg
Oxunub: 409     10:01     27 Fevral 2026    
“Polşada sayı on minlərlə olan erməni icmasından Nikol Paşinyan cəmi təxminən 40 nəfərlə görüş keçirib”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Edqar Qazaryan sosial şəbəkə hesabında yazıb.

“Onların arasında bir neçə erməni də olub (şəxsən demək olar ki, hamısını tanıdığıma görə, görüşdə çoxlu sayda polyakların iştirak etdiyini təsdiqləyirəm). Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, görüşdə Polşadakı erməni icmasının demək olar ki, heç bir tanınmış və nüfuzlu nümayəndəsi, o cümlədən Erməni Apostol Kilsəsinin və Polşadakı erməni katolik kilsəsinin heç bir din xadimi iştirak etməyib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaryan   Paşinyan  


Bizi "telegram"da izləyin