Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistan hökumətinin 2025-ci il üzrə proqramının icrasına dair hesabatın öyrənilməsi nəticəsində məlum olub.
Xüsusilə “Milli Təhlükəsizlik Xidməti” bölməsində qeyd edilir: “2025-ci il ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) texniki yenidən təchiz edilməsi, kadrların komplektləşdirilməsi, peşəkar bacarıqların inkişafı, Ermənistan dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması və digər istiqamətlərdə işlər davam etdirilib.
2025-ci il martın 1-dən etibarən Ermənistan-Türkiyə dövlət sərhədinin “Marqara” keçid məntəqəsində xidməti yalnız Ermənistan MTX-nin sərhəd qoşunlarının hərbi qulluqçuları həyata keçirir. 2026-cı ilin əvvəlindən etibarən Ermənistan-Türkiyə dövlət sərhədinin “Axurik” keçid məntəqəsində də xidməti yalnız Ermənistan MTX-nin sərhəd qoşunlarının hərbi qulluqçuları icra edir. Hazırda Ermənistan dövlət sərhədində MTX Sərhəd Qoşunlarının tam nəzarətində olmayan heç bir fəaliyyət göstərən keçid məntəqəsi yoxdur”.
Xatırladaq ki, ilin əvvəlində “Axurik” keçid məntəqəsindən Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı məlumat yayılmışdı, lakin Ermənistan hakimiyyəti bu informasiyanı təsdiqləməmişdi.
Həmçinin daha əvvəl rus sərhədçilər Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən və “Zvartnots” hava limanından çıxarılmışdı. Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində isə xidmət erməni sərhədçilərlə birgə həyata keçirilir.
Alpər Mövludoğlu
Ordu.az