Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.
O qeyd edib ki, Ermənistan və İran arasında qarşılıqlı etimad mövcuddur.
“Bu məsələ ilə bağlı (Zəngəzur dəhlizi məsələsi-red.) biz Ermənistan rəhbərliyi ilə daim əlaqədəyik. Əgər həmin yolun məqsədi imkanların inkişafı və sülhə dəstəkdirsə, biz buna qarşı deyilik.
ABŞ-nin İrana qarşı düşmən münasibətini nəzərə alaraq müəyyən narahatlığımız var idi və bunu erməni tərəfdaşlarımızla konstruktiv şəkildə müzakirə etmişik”, - deyə səfir vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az