Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami bildirib.
O izah edib ki, İran və Ermənistan arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir və müdafiə sahəsi də istisna deyil. Bununla belə, səfir iki ölkə arasında strateji əməkdaşlığa dair hərtərəfli sənədin imzalanma tarixini dəqiq açıqlamayıb.
“Bu mərhələdə mətnin məzmun detallarının müzakirəsi aparılır. Ümid edirəm ki, sənəd 2026-cı ildə imzalanacaq”, - deyə diplomat qeyd edib.
Şirğolami əlavə edib ki, sənəd hərtərəfli əməkdaşlığı əhatə etdiyinə görə bütün müddəaların diqqətlə işlənməsi çox vacibdir.
Alpər Mövludoğlu
Ordu.az