Ordu.az xəbər verir ki, bu barədə bu gün İrəvanda Qorçakov Fondu tərəfindən təşkil olunmuş “Avrasiya dialoqu-Ermənistan” beynəlxalq analitik proqramının təqdimatı zamanı rusiyalı politoloq Sergey Markedonov bildirib.
Onun sözlərinə görə, Moskva təhlükəsizlik sahəsi ilə yanaşı, enerji, infrastruktur və ticarət istiqamətlərində də Ermənistan üçün mühüm tərəfdaş olaraq qalır. Rusiya erməni məhsulları və əmək miqrantları üçün böyük bazar olaraq qalmaqdadır.
Qərblə inteqrasiya perspektivlərinə toxunan politoloq qeyd edib ki, yaxın gələcəkdə Avropa İttifaqına üzvlük real görünmür. “Hətta İrəvana gəlmiş emissarlar belə 12 illik üfüqdən danışırdılar. Amma həmin 12 ili əvvəlcə yaşamaq lazımdır. Bu isə bir neçə seçki dövrü deməkdir”, - deyə Markedonov bildirib.
Markedonov bildirib ki, NATO ilə mümkün əməkdaşlığa gəldikdə isə Ermənistanın kollektiv təhlükəsizlik sisteminə tam inteqrasiyası məsələsi gündəmdə deyil.
Rusiyalı ekspertin fikrincə, Qərb tərəfdaşlarının bəyanatları əsasən deklarativ xarakter daşıyır.
Sülh sazişinin tezliklə imzalanacağı ilə bağlı səslənən açıqlamalara münasibət bildirən Markedonov xatırladıb ki, sənəd hələ imzalanmayıb: “Bundan əlavə, sənəd bir sıra əsas məsələləri, o cümlədən Azərbaycanın Ermənistan konstitusiyasında dəyişiklik edilməsi tələbi kimi məqamları həll etmir”.
Alpər Mövludoğlu
Ordu.az