“Ermənistanın keçmiş prezidentləri arasında yalnız Robert Köçəryan Ermənistan prezidenti ola bilməzdi, çünki o, konstitusiyanın tələblərinə cavab vermirdi. Eyni şəkildə Ktriç Nersisyan (II Qaregin-red.) da bütün ermənilərin katolikosu seçilmək üçün müəyyən edilmiş meyarlara uyğun gəlmirdi”.
Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O qeyd edib ki, bazar günləri də işlədiyi üçün artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə kilsə mərasimlərinə qatılmır.
Papoyan bildirib ki, bazar günü boş vaxtı olan kimi mütləq ayinə qatılacaq. Eyni zamanda o qeyd edib ki, ibadət zamanı II Qareginin adı çəkiləcəyi təqdirdə mərasimdə iştirak etməyəcək.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Papoyan