“2025-ci il ilk təqvim ili olub ki, Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb” - Paşinyan

2026/02/1772096323.jpg
Oxunub: 498     12:56     26 Fevral 2026    
“Bir qədər əvvəl hökumətin iclasında 2025-ci ildə hökumətin fəaliyyəti üzrə hesabat qəbul olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün “Facebook”da yayımladığı videoda bildirib.

Hazırda Paşinyan Polşadadır.

“Hesabatın giriş hissəsi belədir. 2025-ci il Ermənistanın müstəqillik əldə etməsindən etibarən ilk təqvim ili olub ki, Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində ölən və ya yaralanan olmayıb. Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında 2025-ci il avqustun 8-də sülh bərqərar olunub”, - deyə Ermənistan Baş naziri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin