Erməni vitse-spiker: “Sürətlə dəyişən dünyada hibrid hücumlar ən mürəkkəb çağırışlardan birinə çevrilir”

2025/12/1765887261.jpg
Oxunub: 389     12:52     26 Fevral 2026    
“Sürətlə dəyişən dünyada hibrid hücumlar ən mürəkkəb çağırışlardan birinə çevrilir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurasının (AŞ) “Ermənistanda söz və mətbuat azadlığına, habelə məlumatın əlçatanlığına dəstək” proqramının açılışına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Rubinyan dünyada beynəlxalq hüququn sarsılmasına yönəlmiş addımları və demokratiyanın hibrid hücumlara məruz qalmasını xüsusi qeyd edib.

Onun fikrincə, hibrid hücumlar ən çətin sezilən və mürəkkəb növlərdən biridir.

“Bu cür hücumlarda informasiya ölkənin daxili proseslərinə təsir göstərmək üçün psixoloji təzyiq aləti kimi istifadə olunur”, - deyə Rubinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rubinyan  


Bizi "telegram"da izləyin