Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev ilə görüş keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Kılıç “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Görüş zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş normallaşma prosesi, həmçinin Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olunub”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
Rusiya
Bakı
İrəvan