"Ata-baba yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi haqqıdır" - İcma sədri

2023/03/78887-1678186163.jpg
Oxunub: 357     12:04     26 Fevral 2026    
Hədəfimiz, əsas məqsədimiz atababa yurdlarımıza qayıtmaqdır. Bu, soydaşlarımızın tarixi haqqıdır.

Ordu.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Bakıdakı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün artıq işğaldan azad olunmuş suveren ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır:

"Xocalı bu gün yenidən abadlaşdırılır. Qarabağda ermənilər tərəfindən yerlə-yeksan edilmiş kəndlərimiz bərpa olunur və məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma torpaqlarına qayıdırlar. Qərbi Azərbaycanda da bizim ata-baba mülklərimiz, torpaqlarımız var və Qərbi Azərbaycan qaçqınları da bir gün öz doğma yurdlarına qayıdacaqlar. Biz buna əminik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əziz-Ələkbərli   QAİ  


Bizi "telegram"da izləyin