BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2026/02/1772084671.jpg
Oxunub: 342     09:34     26 Fevral 2026    
BMT-nin Azərbaycandakı Missiyası Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə paylaşım edib.

Ordu.az-ın məlumatına görə, bu barədə qurumun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin hörmətlə yad edirik. Belə faciələrin bir daha təkrarlanmaması üçün bütün səylər göstərilməlidir. Davamlı sülh yalnız dialoq və barışma yolu ilə əldə edilə bilər", - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan   Xocalı  


Bizi "telegram"da izləyin