“Joğovurd”: Nikol Paşinyanin Samvel Karapetyanı həbsdən azad etməklə bağlı siyasi qərarı var

2026/02/1771950416.jpg
Oxunub: 376     09:33     26 Fevral 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan səviyyəsində həbsdə olan erməni iş adamı Samvel Karapetyan barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və onun aktiv siyasi meydana çıxmasına imkan verilməsi ilə bağlı siyasi qərar qəbul olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Paşinyan əmindir ki, Karapetyanın siyasi fəallaşması və açıq çıxışları məhz hakimiyyət üçün daha sərfəli olacaq.

“Samvel Karapetyan yaxşı natiq deyil, manipulyasiya sahəsində güclü deyil və səlis nitq olmadan seçki kampaniyasının uğurlu istiqamətdə getməsi mümkün deyil.

Hakimiyyət dairələrində, həmçinin müzakirə olunub ki, Karapetyanın son açıq çıxışı “Güclü Ermənistan” Partiyasının qurultayı günü süni zəka ilə generasiya edilib ki, bu da onun siyasi mətnlərlə bağlı problemi olduğunu göstərir. Məhz bu hesabla Samvel Karapetyana sərbəst siyasi fəaliyyət imkanı yaradılmaqla, hakimiyyət onun ictimai məkanda reytinq itkiləri ilə üzləşəcəyini gözləyir.

Qısa desək, hakimiyyətin hesablaması aydındır: Karapetyanın azadlığı hüquq və ya ədalət məsələsi deyil, siyasi texnologiyadır.

Qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yekun qərarın nə vaxt veriləcəyi barədə mənbələrimiz dəqiq tarix göstərməyiblər. Lakin ona seçki kampaniyasında iştirak imkanı veriləcək”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Karapetyan  


Bizi "telegram"da izləyin